Kimdir axı Ramiz Mehdiyev ?

Son günlər AMEA-nın prezidenti Ramiz Mehdiyevin adı ətrafında gəzən söz-söhbət hamıda bir maraq oyadıb . Əcəba, bütün bu deyilən və yazılanlar düzdürsə , indiyə qədər niyə heç bir ölçü götürülməyib ? Yəni bu qədər də özbaşınalığa göz yummaq olardımı ? Ramiz Mehdiyevdən bu qədərmi qorxurdular ki , ona “Bəsdir!”, “Saxla!”, “Dayan!”, “Dur!” , "Düş " deyən olmayıb? Kimdir axı Ramiz Mehdiyev ? Özündən müştəbehin biri... Dövlətdə yüksək vəzifə tutsa da, dövlətçilikdən uzaq , hakimiyyəti yalnız hədə-qorxu , intriqa ilə əldə saxlamağı düşünən ( köhnə sovet rəhbərliyində olanların sevdiyi üsul) , dar düşüncəli və ən əsası da lazımi məqamda susmağı ilə “ağıllı” görkəm almağa çalışsa da , əslində heç bir məsələni həll etməyə qabiliyyəti çatmayan bir adam...
  Bu adamın nəinki Azərbaycan elminə, həmçinin ölkə rəhbərliyində işləyərkən dövlət quruculuğuna, yaşadığımız cəmiyyətə vurduğu zərbənin “bəhrə”sini hələ çox görəcəyik ...
  Bu adamın ən yaxın məsləhətçisi yanında işləyən Əli Həsənov idi . Dövlətin siyasi xəttini Ramiz ( Mehdiyev) yox , Əli ( Həsənov ) həyata keçirirdi . Bir çox ciddi məsələləri Ramiz yox , Əli həll edirdi. Desəm ki , Əli Həsənov ağıl cəhətdən Ramiz Mehdiyevdən üstün idi, yalançı olaram . Əli tutduğu vəzifəsinə  “alver mexanizmi” kimi baxırdı . 
  Bu “keyfiyyətlər” Ramiz Mehdiyevdə yox idi . Bəlkə də bu, bizim millətin xoşbəxtliyindən belə olub . Gör Ramiz Mehdiyev siyasi “alverçi” olsaydı, nə olardı ! Düzdür , qapıb -  qamarladığı obyektlər olub, amma şübhə edirəm ki, o da öz ağlına gəlib. 
  Təkcə “Şərq – Qərb” nəşriyyatının ( hansını ki , qohumlarının adına özəlləşdirmişdi ) xətti ilə büdcəyə bəlkə də 100 milyonlarla zərər vurub.  Orada nəşr olunan, mənasız, bir-birini təkrar edən kitabları məcburən icra  hakimiyyətlərinə satdırmaq nə demək idi...
  Əminəm ki, bu da Əli Həsənovun oyunları idi. Yəni tövsiyə etdiyi ,  “sən bu işdən ( əməldən ) yaxşı pul qazana bilərsən” məsləhəti..Amma , Əli özü başqa, daha qlobal fırıldaqlarla məşğul olub . 
  Yazıq Azərbaycan, gör 20 il sənin ideologiyana kimlər rəhbərlik edib !
  Fikrimcə, Ramiz Mehdiyevə ərizə  yazmağa imkan vermək lazım deyil,  onu “işində yarıtmaz hərəkətlərə yol verdiyinə görə” maddəsi ilə ( bilmirəm belə maddə indi mövcuddur ya yox, amma əvvəllər var idi ) işdən çıxarmaq azdır, hələ dalına da bir təpik vurmaq lazımdır!

Rauf Məmmədzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü