Nazir müavini hər kəsin dilinə düşdü


Ölkə müharibənin bir addımlığında, o isə Qüdsdə tətil kefindədir

Independent (Türkcə) xəbər verir ki, dünya Ukrayna-Rusiya qarşıdurmasına kilidlənmiş vəziyyətdə, ölkə əhalisi də “müharibə hər an başlaya bilər” həyəcanı içində olduğu bir vaxtda nazir müavini Qüdsdə tətil kefindədir. Ukraynanın xarici işlər nazirinin müavini, tatar əsilli Əminə Cabbarova Qüds ziyarəti ilə bağlı fotolarını instagram səhifəsində paylaşıb. Bununla da hər kəsin dilinə düşüb. Amma ölkəsinin gələcək taleyinə biganə qalan təkcə bu xanım deyil. Ukraynanın zəngin ailələri çoxdan özəl təyyarələrlə ölkədən çıxıb. Xarici işlər nazirinin müavininin hazırkı həssas dönəmdə istirahətə çıxması da siyasi etika, dövlət və milli maraqlara uyğun hesab edilmir. Qeyd edilir ki, Əminə Cabbarova nazir müavini təyin edilməzdən əvvəl televiziyalardan birində çalışıb. Nazir müavininin Qüds ziyarəti, getdiyi məkan hər nə qədər müqəddəs olsa da, indiki vaxtda yersiz görünür.