Ramazan ayı nə zaman başlayır: Türkiyə açıqladı, bizdə isə...

Türkiyədə Ramazan ayının başlanma tarixi 02 aprel 2022-ci l olaraq açıqlanıb. Ramazan bayramı isə mayın 2-də (hicri təqvimiylə Şəvval ayının 1–i.) qeyd ediləcək.

 Bu barədə Sherg.az “Milliyet.com”a istinadən bildirilir. Azəbaycanda Ramazan ayının başlanma vaxtı isə hələ açıqlanmayıb. Mövcud təqvimə görə, Şaban ayının bitmə vaxtı bilinmir. Bu, təzə ayın - hilalın doğmasından asılıdır. Ötən illərə nəzər salsaq Rəcəb 29, Şaban isə 30 gün hesablanır (hicri-qəməri təqvimində heç bir ay 31 gün deyil). Buna əsasən söyləmək olar ki, bu il də Şaban ayı böyük ehtimalla 30 gün olacaq və beləliklə Azəbaycanda Ramazan ayının aprelin 3-dən başladığı elan ediləcək. Təbii ki, ehtiyat üçün Ramazan orucunun 1-2 gün əvvəldən tutulması məsləhətdir.