Baş nazir Vətən müharibəsi iştirakçıları ilə bağlı QƏRAR İMZALADI

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması qaydası” təsdiq edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti Aparatının rəhbəri reyestrin formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.