Alimlər araşdırdı

İnsanlar nədən ortalama 80 yaş yaşayır?

İnsanların niyə orta hesabla 80 yaşa qədər ömür sürməsinin səbəblərini ingilis alimlər tədqiq edib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki,  Kembricdəki  Vellcome Sanger İnstitutunda aparılan tədqiqat insanlarda genetik zədə sürətinin ömür payının açarı ola biləcəyi reallığını ortaya qoyur. 

Bu haqda “Nature” dərgisində məqalə yayımlanıb. Bildirilir ki, aşağı-yuxarı 80 yaş arası yaşayan insanlardan fərqli olaraq digər məməlilər daha az və ya daha uzun ömür sürür. İnsanların ömrü niyə əksər hallarda 80 yaşla məhdudlaşır? Tədqiqat burada genetik xətaların olmasını səbəb kimi göstərir. Məhz genetik xətalar insan ömrünün uzun və ya qısalığına təsir edir. Alimlər bu qənaətdədir ki, məməlilər fəsiləsinə aid olan kiçik heyvanlar enerjini daha sürətlə sərf edir, bunun üçün də hüceyrələrin yenilənməsi lazımdır.  Bu da uzun ömürlülüyün açarıdır. 13 santimetr uzunluğundakı çılpaq köstəbək özündən dəfələrlə böyük ölçülü zürafə ilə eyni ömür yaşayır: 

24-25 il. Buna səbəb heyvanların DNA-dakı mutasiya sayıdır. Çılpaq köstəbək siçanlar ildə 93, zürafələr isə 99 mutasiyaya uğrayır. İnsanlarda isə DNA mutasiyası ildə 47-dən yuxarı qalxmır. Tədqiqatçı yazar Dr.Alex Cagan bu tədqiqatla bağlı “bir siçan və bir pələng nə qədər bir-birilərinə zidd heyvanlar olsa da, ikisində də oxşar genetik dəyişiklik baş verir. 

Bunun müəyyənləşməsi insanı heyrətə salır.  Amma ən maraqlısı, ömrün uzunluğunun somatik mutasiya faiziylə əlaqəli olduğunun bilinməsidir. Bu somatik mutasiyaya uğramaların insanların yaşlanmasına səbəb ola biləcəyi ehtimalını artırır”. 

Tədqiqatçılar 16 məməli üzərində tədqiqat aparıb və bağırsaqlardan alınan kök hüceyrələrdəki genetik xətaları analiz edib. Nəticə bu olub ki, mutasiyaların əmələ gəlmə riski nə qədər yavaşdırsa, o canlının ömrü bir o qədər uzundur.