Azərbaycanda iki rayon məhkəməsi ləğv edildi

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb. 
Sərəncama əsasən, Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilib.
Eyni zamanda, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ləğv edilib.