Yerin altından sərvət çıxdı


Mağaralarda ötən əsrdən qalma, tozbasmış avtomobillər, motosiklet, velosipedlər də tapılıb

   İtaliyanın Napoli şəhərində Monte di Dio səmtində aparılan arxeoloji tədqiqat zamanı yer altında bir-biriylə əlaqəli tarixi yollar, tunellər, mağaralar kəşf edilib. 

Amma ictimaiyyəti heyrətləndirən təkcə bunlar deyil. “Şərq” “ahaber”ə istinadən bildirir ki, mağaralarda ötən əsrdən qalma, tozbasmış avtomobillər, motosiklet, velosipedlər də tapılıb. Bunlar niyə mağaralara toplanıb? Avtomobillər Piazza del Plebiscito mağarasının 150 metr dərinliyində tapılıb.

Köhnə avtomobillər, motosiklet və velosipedlərin tapıldığı yerə Borbonica qalereyası adı verilib. Mağaranın bu hissəsi 1853-cü ildə II Ferdinand zamanında inşa edilmiş 1022 metrlik tunelin ərazisinə daxildir. Arxeoloqlar bi fikirdədir ki, tunellər İtaliyada inqilab küləklərinin əsdiyi zamanlarda əsgərlərin və atların gizlicə Kral sarayına keçidi üçün tikilib.

Tunellərdə sarayın su ehtiyatını təmin etmək üçün su anbarları da var. II Dünya müharibəsi illərində də bu tunel və mağaralardan istifadə edilib. 

Bu mağaralar Napolinin evsiz sakinləri üçün 1950-ci illərədək sığınacaq rolunu oynayıb. Sevgililərin də görüş yeri olub. 

1970-ci illərdə isə avtopark kimi istifadə edilib. 2005-də təsadüfən yenidən kəşf edilib. 2012-də isə II Dünya müharibəsinin iştirakçısı olmuş, artıq 90 yaşını haqlamış Tononi Persico adlı italyan bir arxeoloqa müharibə günlərində gizləndikləri tunellər və mağaralardan danışıb. Bununla da mağaralar yenidən gündəmə gəlib. Və turistlərin ziyarət etdiyi məkana çevrilib.