HƏMAS: İsrailə əsirlərin növbəti siyahısı yanvarın 24-də təhvil veriləcək

Fələstin HƏMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı əsirlərin siyahısını İsrailə sabah verəcək.

“Report”un xəbərinə görə, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki qanadının rəhbəri Zaher Cabarin hərəkatın teleqramdakı rəsmi kanalında yazıb.

"Sabah biz İsrailə döyüşçülərimiz tərəfindən saxlanılan dörd əsirin adını verəcəyik, əvəzində isə fələstinli girovların siyahısını təhvil alacağıq"", - Cabarin vurğulayıb.

Mübadilə siyahılar təhvil verildikdən bir gün sonra - yanvarın 25-də baş tutacaq.