Tramp danışdı, neft ucuzlaşdı

ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl"ın qiyməti kəskin şəkildə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "inferfax" məlumat yayıb.

Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,42 dollar təşkil edir. Bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0,58 dollar (0,73%) azdır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,72 dollar (0,95%) ucuzlaşaraq 74,72 dollar/barelə bərabər olub.

Qeyd olunur ki, Trampın çıxışından əvvəl neftin qiyməti əksinə bahalaşırdı.