Azərbaycanda "Georgi lenti"nin təbliği qəbuledilməzdir”

“İndiki şəraitdə işin əsas mahiyyətinin başqa yerə yönləndirilməsi bizə fayda verməz”

“Dövlətin də mövzunu ciddi nəzarət altına götürəcəyinə ümid bəsləyirəm”


Bir müddət öncə  Bakıda 164 saylı orta məktəbdə 9 May – Qələbə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə şagirdlərin sinəsinə “Georgi lenti” taxılıb. Rusiyan imperiyasının simvollarından biri sayılan  lentin istifadəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə də məktəb rəhbərliyinin diqqətinə çatdırıb.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Olayı "Sherg.az"a dəyərləndirən türkoloq-alim Faiq Ələkbərli hadisəni təssüf doğuran hal adlandırıb:

" 9 May məsələsinə münasibətdə diqqətli davranmaq lazımdır. Qələbədə Azərbaycanın da payının olmasını təsdiqləyirik. Lakin həmçinin məsələnin Rusiya ilə bağlılığı problemdir. Rusiyanın postsovet ölkələrinə aqressiya göstərilən zamanda belə halın yaşanması mövzunu daha da qəlizləşdirir. 

"Georgi lenti"nin təbliği, Rusiyanın təsir dairəsinin genişləndirilməsi kimi yozmaq qəbuledilməzdir. İndiki şəraitdə işin əsas mahiyyətinin başqa yerə yönləndirilməsi bizə fayda verməz. Dövlətin də mövzunu ciddi nəzarət altına götürəcəyinə ümid bəsləyirəm.

9 Mayda Azərbaycanın payı ayrı, Rusiyaya aid simvollardan istifadə  isə başqa məsələdir. Azərbaycan müstəqil dövlətdir. Bu istiqamətdən yanaşmaq vacibdir".