Xanımlar üçün motivasiyaedici seminar təşkil edildi - FOTOLAR 

Yuva İnkişaf Mərkəzi, psixoterapevt dr.Tinatin Nəsirova və Günay Vəliyevanın təşəbbüsü ilə xanımlar üçün “Hər qadın istər ki...” adlı seminar təşkil olunub. Görüşün məqsədi qadınlarda tükənmişlik sindromunun aradan qaldırılması, ailədaxili münasibətləri yoluna qoymaq üçün texnikaların öyrədilməsi, xanımların özlərini daha çox sevmələri, ailələrinə, övladlarına, cəmiyyətə, ən çox isə özləri üçün önəmli olmalarını hiss etdirmək, xanımların bu görüşdən daxilən enerjili, motivasiyalı olaraq ayrılmalarını təmin etmək olub. 

Görüşdə fitnes təlimçi Vəfa Şeydayeva və kosmetoloq Sona Məlikova da spiker qismində çıxış edib, xanımlara müvafiq sahələr üzrə düzgün texnikalar, hər kəsin doğru bildiyi yanlışlar barədə dəyərli məsləhətlər verilib. 

Seminara qatılan xanımların övladlarına “Best Designart Baku” tərəfindən hədiyyələr təqdim edilib.