Səlcuq Bayraktar Azərbaycan xalqını təbrik edib - FOTO

“Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü təbrik edirəm”.
Bu fikirlər Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraktarın 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkə səhifəsində etdiyi paylaşımında yer alıb.
Azərbaycan və Türkiyə bayraqları ilə edilən paylaşımda deyilir:
“Bu il dastanlara mövzu olan “Bir millət, iki dövlət” şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə “Bir Festival” əlavə etdik.
Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun #MilliQurtuluşGününü təbrik edirəm”.