Çavuşoğlu Azərbaycan xalqını təbrik edib - FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şuşa Bəyannaməsinin imzalanmasının bir illiyi ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Xarici siyasət qurumunun rəhbəri bununla bağlı “Twitter”də paylaşım edib.
“Can Azərbaycanla təbii müttəfiqliyimizi gücləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”,  - deyə nazir paylaşımında bildirib.