Azərbaycanda birinci kurs tələbəsi faciəli şəkildə vəfat etdi - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi vəfat edib.
Oxu.Az xəbər verir ki, UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Qaçıyeva Gülbəniz İlham qızı həyatını itirib.
Bildirilib ki, o, Bakı-Quba yolunda baş vermiş avtomobil qəzası nəticəsində dünyasını dəyişib.