Milli Məclisdə yeni dostluq qrupu yaradıldı

Milli Məclisin iclasında Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması barədə qərar layihəsi müzakirəyə çıxarılıb. 
Oxu.Az-ın məlumatına əsasən, deputat Səməd Seyidov deyib ki, Azərbaycanın Paraqvayla əlaqələri inkişaf etdirməsi vacib məsələdir.
Məsələ səsverməyə qoyularaq qəbul edilib. 
Həmin işçi qrupun sədri Hikmət Məmmədov təyin edilib.