Parisdə ermənilərin hücumu nəticəsində xəsarət alan soydaşımız Diaspor TV-yə danışdı - VİDEO

Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, onlar “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş Fransanın “Ere TV" kanalına etirazlarını bildiriblər. Təxribatçılar “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıb, Şuşa və Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər.
Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. O, Diaspor TV-yə müsahibəsində hadisənin təfərrüatlarını danışıb.
Sözügedən müsahibəni təqdim edirik: