Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb.
“Report” xəbər verir ki, 3 gün ərzində dünyanın 10 ölkəsindən olan səyahətçilər Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın, Füzulidə olublar.
"Most Traveled People" cəmiyyətinin yaradıcısı, San-Fransiskodan olan səyyah Çarlz Villi “Report”un sualı cavablandıraraq bildirib ki, onlar infrastrukturla bağlı görüləcək işlərlə maraqlanıblar.
"Bizim təklif etdiyimiz ilk iş yolların yenidən qurulmasıdır. Bu bölgənin təbiəti və potensialı çox böyükdür. Məni ən çox təəccübləndirən Laçında, belə dağlıq ərazidə aeroportun olmasıdır. Həmçinin Qarabağ piyada gəzintiləri üçün əla yerdir".
Türkiyəli səyahətçi Uğur Dəmircan Qarabağa səfər etdiyi üçün çox xoşbəxt olduğunu bildirib.