Dövlət Neft Fondunda yeni TƏYİNAT


Azərbaycan Respublikası Dövlət Neft Fondunda yeni təyinat baş tutub.
Oxu.Az-ın xəbərinə görə, qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi vəzifəsinə Ayan Ağalar təyin olunub.
Qeyd edək ki, Ayan Ağalar daha əvvəl AFFA və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində çalışıb. O, sonuncu qurumda mətbuat katibi işləyib.