Deputat icra başçılarının vəsaitləri mənimsədiklərini bildirdi

“Sahibkarlığın inkişafına ayrılan vəsaitlərin əhaliyə çatmasında, xərclənməsində ciddi problemlər var”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin deputatı Vahid Əhmədov 2022-ci il dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. 

Deputat bildirib ki, həmin vəsaiti icra başçılarının mənimsəmələrinə yol vermək olmaz: 

“Monitorinq keçirmək lazımdır ki, həmin vəsaitin insanlara çatması təmin edilsin”, - deyə o əlavə edib.