Direktorların işə qəbulu üzrə yeniliklər olacaq 


Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə yeniliklər olacaq. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, imtahanlar regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. 
Prosesin idarələr tərəfindən həyata keçirilməsi barədə müzakirələr aparılır. 
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi ilə bağlı yeni mexanizm hazırlanır:
“Mexanizm təsdiq edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.