İyulun 31-i saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sherg.az-a verilən məlumata görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, düşən yağıntının miqdarı Ləzədə və Qrızda 42 mm təşkil edib.