Narkotikin təsiri altında avtobus idarə edən sürücü həbs edildi - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtobus idarə edən şəxs saxlanılıb.
Nazirlikdən Oxu.Az-a bildirilib ki, “İsuzu” markalı, 90-RB-466 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Məhərrəmov Nicat Məmməd oğlunun Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən sənədlərinin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.
Müayinə zamanı N.Məhərrəmov narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
N.Məhərrəmov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Məhərrəmov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs edilib.