Səlim Müslümovun məhkəməsi təxirə salındı - SƏBƏB + YENİLƏNİB/FOTO

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu gün başlamalı olan məhkəmə prosesi təxirə salınıb.

APA xəbər verir ki, buna səbəb məhkəmə heyətinə daxil olan hakim İlham Mahmudovun verdiyi koronavirus testinin pozitiv çıxması olub.

09:24

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.

“Qafqazinfo”nun məlumatına görə, eks-nazir barəsindəki cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.