Baş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı yeni qərar imzalayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daha iki qurum əlavə edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Geodeziya və Kartoqrafiya Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.