Tanınmış jurnalist Araz Zeynalov vəfat edib.
Bu barədə "Report"a onun yaxınları məlumat verib.
Məlumata görə o, 61 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, A.Zeynalov bir sıra nüfuzlu mətbu orqanlarda, o cümlədən “Vesti.az”da redaktor vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!