Bakıda yola asfalt döşənərkən zədələnən ağacların kökləri təmizləndi - YENİLƏNİB + FOTO

Yasamal rayonu, Şəfayət Mehdiyev və Allahyar Nəsibov küçələrində yola asfalt döşənərkən zədələnən ağacların kökləri təmizlənib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə baxış keçirilib, sözügedən ərazidə ağacların dibləri təmizlənib.