İsrail Baş naziri Binyamin Netanyahu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Netanyahu Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Trampla söhbət edib”, – bəyanatda deyilib.
Baş nazirin dəftərxanası qeyd edib ki, Netanyahu Trampa zəng edən ilk şəxslərdən biri olub. Söhbət “isti və səmimi” olub, Baş nazir seçilmiş Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.
Bildirilib ki, söhbət zamanı Netanyahu və Tramp “İran təhlükəsini” müzakirə ediblər və İsrailin təhlükəsizliyi naminə birlikdə işləmək barədə razılığa gəliblər.