MSK: “81 seçki dairəsinin sərhədlərinin müəyyənləşdirilməsi başa çatıb”

“Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir”.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, artıq 81 seçki dairəsinin sərhədlərinin müəyyənləşdirilməsi ilkin mərhələdə başa çatıb:
“Digər seçki dairələrilə bağlı isə çalışırıq ki, bu işi tezliklə başa çatdıraq”.