Bu gün Dənizkənarı Milli Parkda Müslüm Maqomayevin abidəsinin açılışı zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbət ediblər.
Daha sonra isə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.