İranın ETTELAAT Nazirliyinin məmurları Tehranda yaşayan azərbaycanlı yazıçı və şair Yaqub Əhmədvəndi (Ayrılmaz) həbs edərək naməlum yerə aparıblar.
“Azad İran” “Telegram” kanalının yaydığı xəbərə görə, hökumət qüvvələri avqustun 15-də yazıçının evinə hücum çəkərək, mənzildə axtarış aparıb və ona məxsus şəxsi əşyaları müsadirə edib, əlyazmalarını özləri ilə aparıblar.
Yazıçının evinə hücum və onun həbs səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb.