30 il sonra Şuşada ilk nişan

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində maraqlı anlar yaşanıb.
Axşam.az xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 30 ildən sonra ilk evlilik təklifi olub.
Diaspor gəncləri ailə qurmaq üçün ilk addımlarını atıblar. Belə ki, Litvada yaşayan azərbaycanlı gənc Samir Kaşıyev Finlandiyada fəaliyyət göstərən Şəfiqə Qasımzadəyə evlilik təklifi edib. Xanım bu təklifi müsbət qiymətləndirib və gənclərin nişan mərasimi baş tutub.