DSX rəisi işğaldan azad olunmuş dövlət sərhədlərimizdən DANIŞDI

“İşğaldan azad olunmuş dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib”.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib, Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarəti işi təşkil edilib.
Sədr əlavə edib ki, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir:
“Sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər”.