İsveç Türkiyə və Finlandiyanı yüksək səviyyəli görüşə dəvət etdi

İsveç hökuməti Türkiyə və Finlandiyanı üç dövlət arasında sazişə əməl olunmasına nəzarət etmək üçün (İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıqla bağlı - red) birgə mexanizmin yaradılması üzrə yüksək səviyyəli görüşə dəvət edib.
Bu barədə “Aftonbladet” qəzeti xəbər verib.
Görüş gələn həftə, avqustun 26-da baş tutmalıdır.
“Bu, həyata keçəcəyinə ümid etdiyimiz sazişlə bağlı ilk görüşdür”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin informasiya departamentinin direktor müavini Beliz Celasin-Rende bildirib.
Qəzet hələlik Türkiyə nümayəndə heyətinin mümkün tərkibini açıqlamayıb, lakin nəşrin məlumatına görə, Türkiyə xarici işlər nazirinin müavini Sedat Önala və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalına dəvət göndərilib.
Mənbə: TASS