Zaman keçdikcə insanlar kişilərin şortik geyinməsinə də tolerant yanaşacaq

İsmayıllı rayonunda yerli turistlərə təzyiq edilib. Hadisənin görüntüləri  sosial şəbəkələrdə yayılıb. Rayonun Qalacıq kənd sakinləri çay sahilində dincəlmək istəyən iki nəfər uzun şort geyinən kişinin oradan uzaqlaşmasını tələb ediblər. Görüntülər sosial mediada bir mənalı qarşılanmayıb. Kimi "Azərbaycan kişisi şort geyinməz" deyib, kimisi isə "hər kəs istədiyini geyinə bilər, biz tolerant ölkəyik" fikirini müdafiə edib. Bəs bu aqresiyanın kökündə  nə dayanır ? Azərbaycanlı turistlərlə xarici turistlərin fərqi nədir?

 Bu tip geyimlərin cəmiyyətin  mühafizəkar kəsimi tərəfindən hələ də qəbul  edilmədiyini  deyən sosioloq Üzeyir Şəfiyev “ Sherg.az” bildirib ki, zaman keçdikcə insanlar belə geyimlərə də tolerant yanaşmağı öyrənəcək: 

 “Uzun müddət bizim cəmiyyətdə xüsusi etiket qaydaları var idi. Xususilə də geyim formasında yazılmamış qanunlar ortaya  çıxmışdı. Qadın və kişi geyim tərzləri bu normalarla təyin edilirdi. Bunlar zaman –zaman cəmiyyətimizdə mövcud olmuş stereotip  yanaşma tərzi ilə bağlıdır. Azərbaycan müstəqil olduqdan sonra  artıq dünyaya inteqrasiya olundu. Nəticədə də fərqli mədəniyyətləri , geyim tərzləri olan millətlər ölkəmizə axın etdi. Çünki  Azərbaycanın gözəl yerləri var və bunlar əcnəbilər üçün böyük macəra marağı yaradır. Bununla da bizimkilər xaricilərdə gördükləri geyimləri və bəzi adətləri imitasiya etdilər. Ammaİ imetasiya cəmiyyətin mühafizəkar kəsimi tərəfindən adekvat qarşılanmadı. Onlar kişilərin şort, qadınların isə bir az açıq-saçıq geyinməsini qəbullanmırlar. Keçmişdə bunlar əcnəbi turistlərlə, yerli əhali arasında insidentlərə səbəb olurdu. Lakin dövlət hər marqları tənzimlədi. İndi isə gözlər daha çox Azərbaycan kişisinin geyim tərzinə yönəlib. Ancaq düşünürəm ki,  vəziyyət gələcəkdə öz həllini tapacaq və cəmiyyət azad geyim tərzini qəbul edəcək. Nəticədə də bir daha belə hallarla qarşılaşmayacağıq”.