Rusiya kəşfiyyatı: ABŞ Ermənistanı tamamilə özünə tabe etdirməyə çalışır

ABŞ Ermənistanı tamamilə özünə tabe etdirmək məqsədi güdür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu açıqlama yayıb.

“Etibarlı məlumatlar bir daha inandırır ki, Birləşmiş Ştatlar qondarma demokratikləşməni tətbiq etmək planlarından əl çəkmir, Ermənistanı tamamilə tabe etmək məqsədi güdür”, - RF Xarici Kəşfiyyat Xidmətindən bildirilib.