“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qadınların ictimai həytada iştirakçılığının genişləndirilməsi" layihəsinin icrasına başlayıb.
"Sherg.az" xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda qadınların icma, yerli idarəetmə səviyyəsində qərarların qəbulunda iştirakı və təsrinin genişləndirilməsidir.
Layihənin icra müddəti 2 aydır. Bu müddət ərzində “İctimai iştirakçılıq haqqında” qanunda nəzərdə tutulan ictimai iştirakçılıq formalarının praktikada tətbiqi ilə bağlı mexanizmlərin izahı, ictimai iştirakçılıq nümunələri ilə bağlı bilik və bacarıqlar öyrədiləcək. Təlimlər bu sahənin aparıcı ekspertləri tərəfindən keçiriləcək.
Layihə fəaliyyətlərinin icrası regionda İctimai Şuralarda qadınların rolunun artırılamasına, bölgələrdə qadınların ictimai həyatda iştirakçılığının genişləndirilməsinə, gənc xanımların ictimai fəallığının artırılmasına çıxaracaq.