Azərbaycanın mərhum Xalq artisti Arif Quliyev böyükdən kiçiyə hər kəsin sevimli aktyoru idi. Onun rol aldığı səhnələri hər kəs maraqla izləyir. Daim unudulmaz sənətkar olaraq, qəlblərdə yaşayır. "Sherg.az" A.Quliyevin oğlu Rövşən Quliyevlə əlaqə saxlayıb, mərhum sənətkarın ailəsinin durumu ilə maraqlanıb:
"Atamın qəbrini həftədə bir dəfə ziyarət edirik. İndi elə zəmanədir ki, hamı telefonla hal-əhval tutur. Evimizə gələnlər də, gəlməyənlər də sağ olsunlar”.
A.Quliyevina dının əbədiləşdirilməsinə gəlincə, həmsöhbətimiz bunları deyib:
“Bu zamana kimi hər hansı küçəyə adının verilməsi ilə bağlı müraciət etməmişik. Amma fikrimiz var, istəyərdik ki, vəfat edənə qədər yaşadığı ünvana atamızın adı verilsin. Hazırda şirkətdə çalışıram. "Şərq" qəzeti ailəmizə doğmadır. Bizi həmişə yad edir. Atamın sağlığında da hər zaman qiymət verib. Allah razı olsun!".