İlin əvvəlindən ölkə əhalisinin sayı 35 243 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il avqust ayının 1-i vəziyyətinə 10 191 609 nəfərə çatıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən( DSK) bildirilib.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb.