XTQ-nin şəhid giziri Biləsuvarda dəfn edilib – FOTO

Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Hüseynov Ziyarət Mayıl oğlu dəfn olunub.
Oxu.Az-ın məlumatına görə, şəhid doğulduğu Biləsuvar rayonunun Amankənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Ziyarət Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin sıralarında gizir kimi xidmət edib. O, ailəli idi, iki yaşlı oğlu var.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.