Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb

Sentyabrın 14-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hərbi-təhsil sahəsində görülən birgə işlərin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.