Ermənilərin müdafiəsinə qalxan ukraynalı müğənninin Bakı konserti ləğv edildi – FOTO

Noyabrın 15-də Bakıda solo-konserti planlaşdırılan məşhur ukraynalı müğənni Tina Karol Ermənistanı dəstəkləyib.
İki ölkə arasındakı münaqişənin mahiyyətini açıq şəkildə anlamayan sənətçi “Instagram” hesabının “hekayə” bölməsində paylaşım edib.
O, “ermənilərin həyatı önəmlidir” başlığı ilə Ermənistan bayrağının fotosunu paylaşıb.

Bundan dərhal sonra bilet satışı saytı iticket.az Karolun Bakıdakı konsertinin ləğvi ilə bağlı açıqlama yayıb.

“Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur”, - deyə onlar qeyd ediblər.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.