
Azərbaycan - Pakistan: yeni mərhələ başlayıb
Yusif Nəzərli
05:21 05.11.2024
Siyasət
388
Artıq Azərbaycanla Pakistan arasında hərbi münasibətlər özünün ən yüksək nöqtəsinə çatıb
"Azərbaycanla Pakistan arasında münasibətlər təkcə dostluq, yoldaşlıq münasibətləri deyil". Bu barədə siyasi şərhçi Turab Rzayev deyib. Ekspert bildirib ki, Azərbaycan və Pakistan əlaqələrində strateji və hərbi partnyorluq çalarları var:

"Azərbaycan və Pakistan arasında qarşılıqlı səfərlər, rəsmilərin gediş-gəlişi, mütəmadi görüşləri yadırğanmamalıdır. Münasibətlərin bu formada inkişafı tamamilə normaldır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Pakistanda olan təbii fəlakətlər zamanı Azərbaycan vaxtaşırı dost ölkəyə humanitar yardımlarını göndərir. Pakistan siyasi cəhətdən Azərbaycanı hər zaman hərtərəfli dəstəkləyib. Lazım gəldikdə hərbi dəstək də göstərib. Ermənistanla isə əlaqələr qurmayıb. Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq özünü İkinci Qarabağ müharibəsində, Azərbaycanın silahlanmasında göstərib. Ən son Pakistan-Çin istehsalı olan qırıcı təyyarəsinin Azərbaycan ordu sıralarına qatılması bunun bariz nümunəsidir. Artıq Azərbaycanla Pakistan arasında hərbi münasibətlər özünün ən yüksək nöqtəsinə çatıb. Təbii ki, ikitərəfli əlaqələrimiz, əməkdaşlığımız bundan sonra da davam edəcək. Mədəni əlaqələrimizin daha çox inkişafına ehtiyac var. İqtisadi münasibətlər də genişləndirilməlidir. İqtisadi əməkdaşlıq hərbi-siyasi münasibətlərin ruhuna uyğun gəlmir".
Qeyd edək ki, ötən həftə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Sahir Şamşad Mirza ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub. İki ölkə liderləri, eləcə də xarici işlər nazirləri arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmə mexanizmlərinin, regional əməkdaşlıq platformalarının dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyi məmnunluqla qeyd edilib. Siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə
Paşinyan qalib gələn kimi Putinlə görüşməyi planlaşdırır
15:17 03.06.2026
Gündəm