ABŞ Kursk bölgəsində Şimali Koreyanın təxminən 10 min əsgərini qeydə alıb. Yaxın günlərdə döyüşə girə bilərlər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqdə deyib.
O, Şimali Koreya hərbçilərinin artıq Ukrayna müdafiəçilərinə qarşı müharibədə iştirak etməsi ilə bağlı şayiələri təsdiq edə bilməyəcəyini də vurğulayıb.
“Şimali Koreya əsgərləri döyüşə girsələr, onlar qanuni hədəf olacaqlar”, - o bildirib.