İran da ABŞ-ni “bombaların nənəsi” ilə hədələdi

İranın arsenalında ABŞ-nin “bütün bombaların anası” adlandırılan bombasından daha güclü döyüş sursatı var.

Sherg.az xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin nümayəndəsi Əli Zeynivənd bildirib.

“Onların "bütün bombaların anası" varsa, bizim də "bütün bombaların nənəsi" var. Narahat olmayın”, - deyə o vurğulayıb.

Zeynivənd qeyd edib ki, Tehran Vaşinqtonun istifadə edə biləcəyi istənilən silaha cavab vermək imkanına malikdir.