MM sədrinin müavini Pelosi haqqında: “İnsan 80 yaşından sonra nə desən, ağlayır”

“İnsan 80 yaşından sonra nə desən, ağlayır. Onlar ağlamağı bacarmır, şou göstərir. 82 yaşlı bir qarı göydə Allahını, yerdə insafını unudaraq ağlayıb”.
“Report”un xəbərinə görə, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında, Milli Məclisin vitse-spikeri, komitə sədri Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosi ağlamağının Ermənistana xeyri yoxdur, əksinə ziyanı var:
“Ancaq biz də buna dövlət olaraq laqeyd qala bilməzdik. Bu məsələyə Sahibə Qafarovanın da mövqeyi var”.
Komitə sədri deyib ki, Pelosi demokratiyanın qara üzünü, ABŞ demokratiyasının boz sifətini Azərbaycana göstərib:
“Bizim kifayət qədər uğurlarımız var. Bizim də hər birimizin borcu uğurlarımızı dəstəkləməkdir”.