Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədova yeni vəzifə verilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, “Ağ canavar” ləqəbli, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.