
Moldovada Qərbyönümlü prezident yenidən qalib gəldi -AÇIQLAMA
Yusif Nəzərli
01:27 05.11.2024
Dünya
467
Maya Sandunun əsas vəzifəsi, ölkəsini Avropa İttifaqına üzv etmək və əhalinin sosial-iqtisadi inkişafına nail olmaqdır
Moldova Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini açıqlayıb. Seçki protokollarının 87,16 faizi hesablanıb. Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo seçicilərin 51,16 faizinin, Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırkı Prezidenti Maya Sandu isə seçicilərin 48,84 faizinin səsini qazanıb. Moldovada prezident seçkilərinin ikinci turunda yüksək seçici fəallığı qeydə alınıb. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Moldovanın 1 milyon 700 minə yaxın vətəndaşı prezident seçkilərinin ikinci turunda səs verib. Bu da təxminən seçicilərin 55 faizi deməkdir. Seçici fəallığı Moldovada oktyabrın 20-də keçirilən prezident seçkilərindən təxminən 3 faiz çox olub. Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656 min 852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz – 401 min 215 səs toplayıb. Seçkilərin birinci turunda 11 namizəd prezidentlik uğrunda mübarizə aparıb.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Moldovada Qərbyönümlü prezident yenidən qalib gəldi. Ekspertin sözlərinə görə, Prezident Maya Sandunun əsas vəzifəsi, ölkəsini Avropa İttifaqına üzv etmək və əhalinin sosial-iqtisadi inkişafına nail olmaqdır:

"Həmçinin ölkəsinin təhlükəsizliyini təmin etməklə, Rusiyanın təsirlərini zəiflətməlidir. İkinci turda Moldova vətəndaşları qərbyönümlü siyasətə üstünlük verməklə, ölkənin Avropa İttifaqına üzvlüyünə səs verdilər. Qərb bu kimi fürsətdən istifadə etməyəcəksə, Moldovanı qapılar arxasında saxlayacaqsa, Rusiya yeni seçkilərdə mövqeyini gücləndirmiş olacaq. Çünki Qərb siyasətçiləri bəzən reallıqları düzgün qiymətləndirə bilmirlər. Demək olar ki, Rusiya lideri V.Putinin hədələlərindən qorxular. Putin Ukrayna müharibəsində Qərb liderlərləri üzərində psixoloji qələbə əldə edib. Almaniya kansleri O.Şolts, Fransa Prezidenti E.Makron Putin qarşısında qətiyyətsiz davranış nümayiş etdirməkdə davam edirlər. Böyük Britaniya bir qədər geri çəkilib. Moldovanın xanım prezidenti Qərb liderlərindən qətiyyətli davranış nümayiş etdirir".
Analitikə görə, Rusiyanın Moldovada prezident seçkilərində dəstək verdiyi A.Stoyanoqloy ikinci turda məğlub oldu:
"Moskva Moldovada milyonlarla vəsait xərcləmişdi. Bu ölkəni yenidən öz təsir dairəsinə salmaq üçün hərbi vasitələrdən istisna olmaqla, bütün mümkün imkanlardan istifadə etdi. Nəticədə xalq öz sözünü dedi. Hazırda Rusiya Qaqauziya Muxtariyyətində və Dnsetryanı separatçı bölgəsində öz təsirini saxlayır. Gürcüstan da seçkilərdən sonra, Moldovada Moskvayönümlü siyasətçi qalib gəlsəydi, Qərb ciddi məğlubiyyətlə üzləşə bilərdi. Moldovada Rusiya və Qərb arasında nüfuz uğrunda həlledici rəqabət gedirdi. Qərb hələki kiçik fərqlə öndədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya