Rusiyada bir çox KİV-in səfərbərliyə çağırış vərəqələrinin Dövlət Xidmətləri portalında (“Qosusluqi”) da dərc olunacağı ilə bağlı xəbər yaymasından sonra portal “çöküb”.
Səfərbərlik siyahılarında adlarının olub-olmadığını yoxlamaq istəyən istifadəçilər tərəfindən portal yükləndiyi üçün oraya daxil olmaq mümkün olmayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
Mənbə: Mk.ru