“Rusiyaya qarşı müharibədə Ukraynanın yanında yer almaqdan imtina edən ölkələr yeni Rusiya imperializminin ortaqlarıdır”.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının sessiyasında bildirib.
“Bu gün susanlar yeni imperializmin işinə xidmət edirlər”, - deyə Makron qeyd edib.
Makron Rusiyanın Ukraynaya təcavüzünün imperializm və koloniyalar dövrünə qayıdış olduğunu vurğulayıb. Eyni zamanda, dünyanın müharibə və sülh arasında seçim qarşısında qaldığını bildirib.
O qeyd edib ki, Fransa kimi Qərb müttəfiqləri Rusiyaya qarşı vahid cəbhə nümayiş etdirsələr də, Afrika və Asiyada reaksiya daha təmkinli olub.
Makron “soyuq müharibə”dən qalma qoşulmama hərəkatına da toxunub. “Bu gün mən açıq şəkildə demək istəyirəm: açıq danışmaqdan imtina edənlər və qoşulmamaq mübarizəsini imitasiya edənlər səhv edirlər. Onlar buna görə tarixi məsuliyyət daşıyacaqlar”, - deyə o qeyd edib.
Mənbə: Yevropeyskaya pravda