Xalq artisti Röya Ayxanın şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə ifa etdiyi mahnı təqdim olunub.
"Sherg.az" xəbər verir ki, sözügedən bəstə Anım Günündə sənətçinin rəsmi musiqi platformalarında yayımlanıb.
“Yada düşürsən” adlı mahnıda Xalq artisti Nurəddin Mehdixanlı şəhidə ithafən yazılan sözləri də qiraət edib.
Şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F. Kərimli isə məktubdakı sözlərə musiqi bəstələyib.
Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
Layihə şəhid Pərviz Əliyevin simasında Vətən uğrunda şəhadətə ucalan oğullarımıza həsr olunur.